Qar uçqunu altında qalaraq ölənlərin sayı 16 nəfər oldu

İtaliyanın Qran-Sasso dağ massivində qar uçqunu altında qalaraq ölənlərin sayı artır.  Sabahinfo.az saytı  xarici mediaya istinadən xəbər verir ki, "Rigopiano di Farindola" mehmanxanasında ölənlərin sayı 16 nəfərə çatıb. Hazırda 13 nəfər itkin düşmüş hesab olunur.