Qəzaya uğrayan "TU-154"ün 11 sərnişininin cəsədi tapılıb (YENİLƏNİB)

Rusiya mudafiə nazirliyinə məxsus "Tu-154" tipli təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Sabahinfo.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin informasiya və kütləvi kommunikasiyalar departamentindən məlumat verilib.

 

13:25

 

Təyyarənin qəzaya uğradığı yerdə xilasedicilər tərəfindən 5 nəfərin meyiti aşkarlanıb.

sabahinfo.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, axtarışlar davam edir. 

 

*****

 

11:35

 

 

Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən "Tu-154” tipli təyyarəsinin sərnişinlərindən birinin cəsədi və "Birinci kanal" telekanalının jurnalistinin sənədi tapılıb.

 

sabahinfo.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya güc strukturlarındakı mənbə məlumat yayıb.

 

Cəsəd sahildən 5 km uzaqlıqda tapılıb. Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi general-mayor İqor Konaşenko cəsədin xilasetmə gəmisinin göyərtəsinə qaldırıldığını bildirib.