Qobustanda yanğın hadisəsi qeydə alınıb. Sabahinfo.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində, Qobustan rayonu ərazisində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrikinin və salonunun yanar hissələri yanıb. Avtomobilin qalan hissələri yanğından mühafizə olunub.