Rusiyadan OPEK-in qeyri-rəsmi toplantısı ilə bağlı açıqlama

Rusiyanın Energetika naziri Aleksandr Novak Neft İxrac Edən Ölkələrin Təşkilatının (OPEK) gələn həftə Əlcəzirdə baş tutacaq qeyri-rəsmi toplantısında neft istehsalının 5% azaldılması ilə bağlı təklifin müzakirə olunmayacağını deyib. 

sabahinfo.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Novak deyib ki, təkliflər arasında neft istehsalının sabit saxlanılması məsələsi var. 

Digər Rusiya agentliklərində yer alan xəbərlərə görə, Novak Əlcəzairdəki danışıqların konstruktiv nəticələr ortaya qoyacağını ümid etdiyini və Rusiyanın digər istehsalçılar ilə birlikdə hərəkətə keçməyə hazır olduğunu deyib.

Aşağı neft qiymətlərinin yüksəlməsindən tərəfdarı olan olan OPEK üzvü Venesuella isə keçən həftə qlobal bazarda təklifin istehlakın 10% üzərində olduğunu bildirib. 

Qeyd edək ki, neft istehsalçılarının gələcək həftə Əlcəzirdə baş tutacaq toplantısında təklifin tələbdən çox olması səbəbi ilə tarazlığın pozulduğu neft bazarına sabitlik gətirilməsi məsələsi müzakirə olunacaq.