Slovakiya ilk dəfə Aİ Şurasına başçılıq edəcək

Slovakiyanın baş naziri ümum Avropa siyasətinin vektorunun dəyişdirilməsinə təkid edəcək.

İyulun 1-dən Avropa İttifaqının Şurasında qəbul edilmiş altı aylıq rotasiya prinsipi üzrə sədrlik Slovakiyaya keçib. 

sabahinfo.az  BBC-yə istinadən xəbər verir ki, 2004-cü ildə Aİ-yə üzv olan Slovakiya ilk dəfə bu səlahiyyəti yerinə yetirəcək.  

Slovakiyanın baş naziri Robert Fitso hazırda səmərəli şəkildə həll edilməyən bir çox məsələlər üzrə ümum Avropa siyasətinin vektorunun dəyişdirilməsinə təkid edəcəyini bildirib. 

İlk növbədə, bu, mühacirlər probleminə aiddir. 

"Avropanın gələcəyi haqqında qərar Şuranın bir, ya iki üzvünün və yaxud da təsisçi ölkələrin qərarlarına əsaslana bilməz”, - Fitso hesab edir.