Təyyarə qəza enişi edib

"Nepal Airlines" aviaşirkətinə məxsus Airbus A320-220 sərnişin təyyarəsi Katmanduda qəza enişi edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, buna təyyarə salonundakı tüstülənmə səbəb olub.
 
Dehli-Katmandu marşrutu üzrə uçan təyyarənin göyərtəsində 154 sərnişin olub. İnsident nəticəsində zərərçəkən yoxdur.