Tovuzda 42 yaşlı qadın ağır yanıq xəsarətləri alıb

Tovuzda qadının üzərinə qaynar su dağılıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

 

Kənd sakini, 1974-cü il təvəllüdlü Nəzakət Nəbiyeva yaşadığı evdə övladlarını çimizdirmək üçün sobanın üzərinə vedrədə su qoyub. İşıqlar sönən zaman qadın qaynar suyu götürmək istəyib. Bu zaman su onun üzərinə dağılıb.

 

Bədənin 2-ci dərəcəli termiki yanığı və yanıq şoku diaqnozu qoyulan N. Nəbiyeva dərhal Tovuz rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün Bakıda olan yanıq mərkəzinə aparılması planlaşdırılıb.