Türkiyə Avropa İttifaqı ilə sazişləri dondura bilər

Ankara Türkiyəyə qarşı "ikili standartlar"la yanaşmaya görə Avropa İttifaqı (Aİ) ilə sazişləri dayandıra bilər. Trend TRT telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin müşaviri Yiğit Bulut bəyan edib.

O bildirib ki, Aİ belə davranışını davam etdirsə, Ankara yaxın zamanlarda çox radikal addımlara əl atmalı olacaq: "Türkiyə Avropa İttifaqı ilə razılaşmaları dondura bilər".

Müşavir bildirib ki, Avropa İttifaqı verdiyi sözə əməl etməlidir.

Xatırladaq ki, martın 18-də Türkiyə-Aİ sammitində qəbul edilmiş sazişə əsasən viza rejimi iyulun 1-dən ləğv olunmalıdır. Sazişin qüvvəyə minməsi üçün Türkiyə 72 bənddən ibarət öhdəlikləri həyata keçirilməlidir. Öhdəliklərin əksəriyyətini yerinə yetirən Türkiyədən terrorizmlə bağlı müddəanın yumşaldılması tələb olunur. Türkiyə isə bunun qeyri-mümkün olduğunu hesab edir.

Avropa İttifaqı rəsmiləri isə bildirirlər ki, vizasız rejim üçün Türkiyə bütün şərtləri yerinə yetirməlidir.sabahinfo.az