Türkiyədə ağır qəza: 4 ölü, 11 yaralı

Türkiyənin Hakkari vilayətində ağır yol qəzası baş verib.

 

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Yüksekova-Van yolunun 18-ci kilometrliyində sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.

 

Qəza nəticəsində 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.