Türkiyədə İstanbul terroru ilə bağlı kütləvi həbslər başladı

Həbs edilənlərin İŞİD-lə əlaqəsi olduğu üzə çıxıb.

Türkiyənin hüquq-mühafizə orqanları İstanbul aeroportunda baş vermiş terror aktında şübhəli bilinən 17 nəfəri saxlayıb. 

sabahinfo.az-ın Milliyet nəşrinə istinadən məlumatına görə, saxlanılan şəxslərin kimliyi açıqlanmır.

Bildirilir ki, həbs edilənlərin "İslam dövləti” (İŞİD) terror qruplaşması ilə əlaqəsi olduğu üzə çıxıb.

Qeyd edək ki, Atatürk aeroportunun giriş və çıxışında, eləcə də avtomobil dayanacağında törədilən partlayışlar zamanı 44 nəfər ölüb, daha 239 nəfər isə yaralanıb.

Partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.