Türkiyədə müxalifətçi həbs olundu

Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı siyasi partiyalar fəallarının da həbsləri qeydə alnıır.

sabahinfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Fətullahçılarla əlaqədə olması güman edilən Milliyyətçi Hərəkat Partiyasının (MHP) Aksaray şəhər təşkilatının sabiq sədri, vəkil Ayhan Erel saxlanılıb.

O, bu ilin aprelində MHP-nin qurultayının keçirilə bilməsi üçün Ankara 12-ci Sülh Hüquq Məhkəməsinin qərarı ilə yaradılan Qurultaya çağırış heyətinə sədrlik edib.

Ancaq MHP İdarə Heyəti bu ilin fevral ayında Aksaray şəhər təşkilatını bağlayaraq Ayhan Ereli vəzifəsindən uzaqlaşdırmışdı. 

MHP Aksaray şəhər təşkilatının digər sabiq sədri vəkil Davut Menki, vəkil Cihat Satılmış və partiyanın sədrliyinə namizəd Meral Akşenerin sabiq mühafizəçisi Ali Bolakar da saxlanılıb. 

Xatırladaq ki, Aksarayda uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 17 vəkil barəsində yaxalanma qərarı çıxarılıb.

Onların aralarında Aksaray Vəkillər bürosunun sədri Levent Bozkurtun da olduğu 13 nəfər saxlanılıb.