Üz dərisini gözəlləşdirən maska

Qadınlar qorxulu kabus hesab edilən qırışlarla əsrlər boyu mübarizə aparmışlar.Hal- hazırda plastik əməliyyatlar mövcuddur. Lakin buna hər birimizin büdcəsi yetmir.Bunun üçün kosmetik kremlər və təbii maskalarla kifayətlənməli olurlar. Bu gün sizlərə sınanılmış yumurta maskalarından birini təqdim edəcəyik.
 Tərkib: 
 2 yumurta 
 2 salfet
 Hazırlanma qaydası Yumurtanın ağı sarısından ayrılır.Üz ilıq su ilə yuyulduqdan sonra üzə çəkilir,sonra salfet üzə yapışdırılır .Bu zaman yumurta ağının qırışların ən çox olduğu bölgələrə təmas etməsinə diqqət göstərin.Salfet üzə yapışdırıldıqdan sonra işləm təkrarlanır.Bu qarışım quruyanadək gözləyin.Sonra salfet üzdən soyulur.Cüzi ağrı hiss edəcəksiz.Ama güzgü önünə keçərkən dərinizin nə qədər təravətləndiyinin şahidi olacaqsız.Maska üzdəki qara nöqtələri təmizləyir və qırışların aradan qaldırılmasına yardım edir. 
                                                                                                                                      
                                                                                                                                              Pərvin Abışova