Vaşinqtonda Tramp əleyhinə etiraz aksiyası keçirilib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyası ərəfəsində Vaşinqtonda etiraz aksiyası keçirilib.

Sabahinfo.Az-ın Trend-ə istinadən məlumatına görə, Tramp əleyhdarları andiçmə mərasiminin keçirilməsinin qarşısının alınması məqqsədilə yürüş keçirib.

Bu zaman "National Press Club" mətbuat mərkəzinin yanında toplaşmış Tramp tərəfdarları ilə etirazçılar arasında toqquşma yaşanıb. Polis toqquşmanın qarşısını almaq məqsədilə gözyaşardıcı qazdan istifadə etməli olub. Bildirilir ki, hadisə nəticəsində xəsarət alanların olmayıb.