Venesuelada iqtisadi fövqəladə vəziyyətin müddəti 60 gün artırıldı

Son altı ayda ölkədə əmtəə və ərzaq çatışmazlığı kəskinləşib.

Venesuelada iqtisadi fövqəladə vəziyyətə dair fərmanın müddəti 60 gün də artırıldı. 

sabahinfo.az Ölkə prezidenti Nikolas Maduro müvafiq qərarı bu ilin yanvarında imzalayıb. Məqsəd "iqtisadi müharibə”nin gedişatında əhalini qorumaq üçün hakimiyyəti geniş səlahiyyətlər vermək olub. 

Fərmanın müddətinin uzadılmasına dair qərar "milli iqtisadiyyata mənfi təsir edən sosial, iqtisadi, siyasi, təbii və iqtisadi planlı şərtlərin təsirinin davam etdiyini” nəzərə alınaraq qəbul edilib.  

Son altı ayda ölkədə əmtəə və ərzaq çatışmazlığı kəskinləşib. Mayda və iyunda bəzi regionlarda vətəndaşların etiraz aksiyaları hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmalara çevrildi.