Venesuelada sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb

Venesuelanın Bolivar ştatında sərnişin avtobusunun aşması nəticəsində ən azı 11 nəfər ölüb, daha 14 nəfər isə yaralanıb.

sabahinfo.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Nestor Reverolanın verdiyi məlumata əsasən, avtobus Braziliya sərhədi yaxınlığında Bolivar və Santa-Elena şəhərləri arasında qəzaya uğrayıb. 

Xəsarət alanların hamısı xəstəxanalara çatdırılıb.

Qəzanın səbəbləri barədə məlumat verilmir.