Yəməndə terrorçu-kamikadze partlayış törədib, 42 hərbçi ölüb

Bu gün səhər saatlarında Yəmənin Ədən şəhərində terrorçu-kamikadze partlayış törədib.

 

APA-nın "France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadzenin Ədənin şimal-şərqindəki bazaya əməkhaqqı almağa gələn hərbçilərə yaxınlaşaraq üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 42 nəfər ölüb.

 

Çoxlu sayda yaralı var.