Yəməndəki terror aktında ölənlərin sayı 50 nəfərə çatıb

Yəmənin Ədən şəhərindəki hərbi bazada baş vermiş terror aktında ölənlərin sayı 50 nəfərə çatıb. Məlumata görə, ölənlərin əksəriyyəti hərbçilərdir. Hadisə zamanı daha 70 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti üzərinə İŞİD terror qruplaşması götürüb.

 

20:02

 

Yəməndə terror aktı törədilib. sabahinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, terror aktı Yəmənin  cənubunda yerləşən Aden şəhərində baş verib. Belə ki, hərbi düşərgənin yaxınlığında terrorçu-kamikadze özünü partladıb. Partlayış nəticəsində azı 40 nəfər həlak olub, 70 nəfər isə yaralanıb. Məsuliyyəti hələlik heç bir terror qruplaşması öz üzərinə götürməyib.