Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.
Sabahinfo.Az report-a istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.
Məlumata görə, qəsəbənin Şəfqət küçəsində yaşayan 35 yaşlı Nuranə Mirzəyeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qeyri-rəsmi nikahda olduğu Füzuli rayon sakini, 31 yaşlı Xəyyam Əbdülrəhimov evinin zirzəmisində basdırdığı 150 min manat pulunu oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.