Fuad Muradov Lörinc Nacsa ilə müzakirələr apardı

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Budapeştə səfəri çərçivəsində Macarıstanın Milli siyasət üzrə dövlət katibi Lörinc Nacsa ilə görüşüb.

Sabahinfo.azxəbər verir ki, komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir diaspor siyasətinə diqqət çəkib, xaricdəki Azərbaycan Evləri, həftəsonu Azərbaycan məktəbləri, Koordinasiya Şuraları və bir sıra digər layihələr haqqında müfəssəl məlumat verib. Bildirilib ki, Macarıstandakı Azərbaycan icması həyata keçirdiyi layihələrlə ortaq tarixi köklərə malik olan xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafına töhfələr verir. 

Lörinc Lacsa Azərbaycan nümayəndə heyətini səmimi salamlayıb, görüşün və təcrübə mübadiləsinin əhəmiyyətini dilə gətirib. Tərəflər müasir diaspor strategiyası, perspektiv planlar və əməkdaşlıq platformaları ilə bağlı geniş fikir mübadiləsi aparıblar. 

Görüşdə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə və Budapeştdəki Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli iştirak edib.