Gənc oğlan dönərdən zəhərləndi

Ötən gün Bakının Sabunçu rayonunda 23 yaşlı Fərman Yusifovun dərmandan deyil, dönərdən zəhərləndiyi deyilir. 
Bu barədə gəncin qardaşı Tərlan Yusifov bildirib. Onun sözlərinə görə, qardaşı dünən axşam saatlarında dönər alıb. Evə gəlib və dönəri yeyib. Bir neçə dəqiqədən sonra isə halı pisləşib. İlk öncə buna fikir verməyib və yatıb.
Səhərə yaxın halı lap pisləşib. Onu yaxınlarının köməyilə xəstəxanaya aparıblar. Həkimlərin sayəsində Fərman Yusifovun həyatı xilas olunub. Hazırda vəziyyəti yaxşıdır.
Qeyd edək ki, ilk öncə Fərman Yusifovun dərmandan zəhərləndiyi ehtimal olunurdu.