Günün xəbəri

Azərbaycan ərazisində Ermənistan sərhədinə qədər həm avtomobil, həm də dəmir yollarının tikinti işlərinin 50 faizdən çoxu tamamlanıb. Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə mediasına müsahibəsində deyib.

“Azərbaycan bu işləri 2023-cü ildə öz torpaqlarında başa çatdıracaq. Biz hesab etmirik ki, prosesi Ermənistan çox da ləngidə bilsin. Artıq Azərbaycan İranla əldə olunan razılaşmaya uyğun olaraq Araz çayı üzərində ilk körpünün tikintisinə başlayıb. Naxçıvana yolu ilə getmək üçün alternativ var. Bu layihə istənilən halda həyata keçiriləcək. Bu, Ermənistanın regional inkişaf layihələrindən kənarda qalmaması üçün bir şansdır. 

İrəvan administrasiyasının hansı qərarı verəcəyi onların öz işidir, lakin düzgün qərarı Ermənistan tərəfi qəbul etməsə, bundan ən çox əziyyət çəkən onlar olacaq”, - deyə XİN başçısı vurğulayıb.