Hacıqabulda 500 ədəd sərv və şam ağacı əkilib

Hacıqabul rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağacəkmə aksiyasında Hacıqabul Rayon İcra Hakimiyyətinin, YAP Hacıqabul rayon təşkilatının rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin əməkdaşları, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya zamanı Hacıqabul-Muğan avtomobil yolunun sağ və sol hissəsində, avtomobil yolu boyunca 500 ağac, o cümlədən 250 şam və 250 sərv ağacı əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.