Hakan Fidanla Ceyhun Bayramovun görüşündə diqqətçəkən məqam

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, Ceyhun Bayramovu qarşılayan Hakan Fidan salamlaşarkən: “Evinizə xoş gəldiniz!” - deyib. Bu cür doğma qarşılanma hər kəsin diqqətini çəkib.

Nazirlər təkbətək görüşdən sonra birgə mətbuat konfransı veriblər.