Hərbi qulluqçu göldə boğularaq ölüb - Müdafiə Nazirliyi

Martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.

Bu barədə Sabahinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.