Heyvanlarında təhlükəli xəstəliklər olan ölkələr barədə DGK-ya məlumat veriləcək

Ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatlar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin informasiya sistemi vasitəsilə real vaxt rejimində Dövlət Gömrük Komitəsinin informasiya sisteminə ötürüləcək.

Sabahinfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.