Vətən müharibəsi şəhidi, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş baş leytenant Röyal Ələkbərovun atası Fərmayıl Ələkbərov dekabrın 8-də dünyasını dəyişib.
Mərasimdə, ilk dəqiqələrdən mərhumun dəfninə qədər iştirak edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə bağlı Vətəninfo.az-a maraqlı məlumat daxil olub.
Belə ki, şəhidimizin atası bir neçə aydır evdə müalicə alırdı və bu müddət ərzində Abdin Fərzəliyev davamlı olaraq Fərmayıl Ələkbərova baş çəkir, onunla söhbət edir və dərdinə şərik olurmuş. Mərhum Fərmayıl Ələkbərov son günlərində övladının məzarını ziyarət etmək, onun məzarını əlləri ilə sulamaq istəyib. Lakin, səhhəti ağır olduğu üçün həkimlər buna icazə verməyib.
Bu vaxt, Abdin Fərzəliyev məsuliyyəti öz üzərinə götürərək, şəhidimiz Röyal Ələkbərovun məzarını ziyarət edib və atası Fərmayılın adından məzara su səpib.
Abdin Fərzəliyevin Azərbaycan Respublikası Prezidentinin Abşeron rayonu üzrə rəsmi nümayəndəsi kimi şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı hər kəsə məlumdur. Lakin onun şəhid ailələri ilə qurduğu bu qədər ürəkdən və könül dolu münasibət doğurdan da təqdirə layiqdir.
Təşəkkürlər, Abdin müəllim!