İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan xalqı demokratiya yolunda inamla addımlayır

"Bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ağıllı şəhər, qəsəbə, kənd sistemiylə qurulur: "Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev prezident olduğu dövrdə yalnız öz xalqının xoşbəxt gələcəyini düşünüb".

Bunu  İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclasında deputat Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib: "Bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət onu dünya siyasətində əhəmiyyətli aktora çevirib. Bu gün İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan xalqı demokratiya yolunda inamla addımlayır".