İlham Əliyevin ucaltdığı Azərbaycan bayrağı heç zaman enməyəcək - Türkiyə səfiri

Prezident İlham Əliyevin Ağdərədə, Xankəndidə, Sərsəng su anbarının ərazisində, Xocalı şəhərində, Əsgəranda, Xocavənd şəhərində ucaltdığı Azərbaycan bayrağı heç zaman enməyəcək.

Sabahinfo.az bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı "500 illik uğurlu siyasət: Keçmişdən bu günə Türkiyə Xarici İşlər Təşkilatı" adlı tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olub.

"Bu bayraq heç zaman enməyək. Cənab Prezident İlham Əliyevi, qardaş Azərbaycanı təbrik edirəm, zəfəriniz xeyirli olsun", - deyə səfir əlavə edib.