İrandan narkotiklə gələn azərbaycanlı saxlanılıb

İrandan gələn Azərbaycan vətəndaşının üzərində 1 qrama yaxın heroin aşkar edilib. Dövlət Gömrük Komitəsindən (DGK)  verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Tofiq Abbasovun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 0,952 qram olan narkotik vasitə - heroin aşkar edilib.