İranlı general HƏMAS-ın müqavimətini alqışladı

İsrail Fələstin Müqavimət qruplarının başlatdığı hərbi əməliyyatında məğlubiyyət yolundadır.

Sabahinfo.az İran KİV-lərinə istinadən xəbər verir  ki,  bunu İran Ordusunun Ali Baş Komandanı, general-mayor Əbdülrəhim Musəvi deyib. 

O, “cəsur Fələstin Müqavimətini” alqışlayaraq, İsrail rejiminin, Ayətullah Seyid Əli Xameneinin dediyi kimi, “daha ​​güclü bir sillə alacağını” vurğulayıb.

İran ordusunun komandanı Qərb mediasını İsrailin Fələstin xalqına qarşı cinayətlərinə göz yumduğuna və Qəzzanın qeyri-insani blokadasına susmasına görə tənqid edib.