İsa Həbibbəyli: Toponimlərin yayılma arealı araşdırılır

"İlham Əliyevin qeyd etdiyi kimi, texnoloji inkişaf olmadan heç bir sahədə inkişafa nail olmaq olmaz. Ölkə başçısının bu fikirləri AMEA-nın elm siyasətinin ana xəttini müəyyən edir".

Sabahinfo.az xəbər verir ki, bu sözləri "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perpsektivlər" mövzusunda konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışı zamanı deyib.

AMEA prezidenti nəzərə çatdırıb ki, dilimizin inkişafı sahəsində artıq işlərə başlanıb, addımlar atılıb:

"Süni intellekt sahəsində də yeniliklər çoxdur. Bu istiqamətdə Elm və Təhsil Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin gördüyü işlərlə tanışam".

Onun sözlərinə görə,  AMEA-da hazırlanmaq prosesində olan Azərbaycan tarixi ilə bağlı kitabın hazırlanması  prosesi davam edir.

"Toponimlərin yayılma arealı araşdırılır. Milli Elmlər Akademiyasında Azərbaycan dilinə aid çağırışlar xüsusi yer tutur. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dil siyasəti hazırda iki istiqamətdə ən yüksək səviyyədə davam etdirilir. Prezidentin səsləndirdiyi fikirlər ali təhsil müəssisələri qarşısında da mühüm müddəalar qoyur. Şəxslər qarşısında da mühüm vəzifələr var",- İsa Həbibbəyli qeyd edib.