İŞİD-dən Rusiya təyyarəsi ilə bağlı şok etiraf

Misirin Sinay yarımadasında əvvəlcə Avropa ölkələrinə məxsus təyyarələrdən birini vurmaq istəyirdik. Lakin Rusiya Suriyada hərbi əməliyyatlara başladıqdan sonra bu ölkənin təyyarəsini hədəf aldıq.
 
Sabahinfo.az xəbər verir ki, bu barədə İŞİD terror qruplaşması internetdə məlumat yayıb.
 
Bundan əlavə, İŞİD-in "Dabiq” adlı təbliğat jurnalı təyyarəni vuran raketin fotosunu da dərc edib.
 
Xatırladaq ki, oktyabrın 31-də Misirin Sinay yarımadasının Şarm əş-Şeyx şəhərindən havaya qalxan Rusiya təyyarəsi bir müddət sonra qəzaya uğramışdı. Hadisə nəticəsində 224 nəfər həlak olmuşdu.