İsrailin müdafiə naziri İsrael Katz HAMAS-a sonuncu dəfə xəbərdarlıq edib.
Sabahinfo.az xəbər verir ki, o bu barədə özünün “X” hesabında bəyanat yayıb.
“Bu gün Qəzza şəhərinin səmalarını və terror qüllələrinin damını güclü bir tufan vuracaq. Bu HAMAS-ın Qəzzada və xaricdə lüks otellərdə yaşayan qatil və təcavüzçülərinə sonuncu xəbərdarlıqdır. Girovları azad edin və silahları yerə qoyun. Yoxsa Qəzza və siz məhv ediləcəksiniz. İsrail ordusu planlaşdırıldığı kimi Qəzzanı qətiyyətlə məğlub etmək üçün manevrlərini genişləndirməyə hazırlaşır”,- Katz qeyd edib.