Dekabrın 6-sı itkin düşən şəxsin meyiti tapılıb.
Sabahinfo.az xəbər verir ki, 1943-cü il təvəllüdlü Ceyran Bayramova iki gün öncə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Dekabrın 7-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti aşkar edilib. Meyit Tərtər şəhəri, Xətai küçəsindən keçən paylayıcı kanaldan tapılıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.