Paytaxtda keçmiş məhkumdan narkotik vasitə və silah götürülüb. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən verilən məlumata görə, Nizami rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 25-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü İvan Petroviç Şitovdan 1,27 qram həşiş qətranı və "İJ-K” markalı, 16 kalibrli, qundağı və lüləsi kəsilmiş vəziyyətdə silah aşkar olunaraq götürülüb.Faktla bağlı araşdırma aparılır.