Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar nagıl təqdim edildi

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında yazıçı və şairlərin təbiətlə, bitki və heyvanat aləmi, ilin fəsilləri və s. bağlı kiçikhəcmli yazıları toplanır.

Şair, yazıçı, publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülarə Munis uşaqların arzusu ilə onlar üçün “Lalə gülünün nağılı”nı yazdı.

Nağılda qədim Şuşamızın qullu-çiçəkli bağ-bağçalarından məlumat verilir. Balaca oxucular bir çox çiçəklərlə tanış olur: qızılgül, yasəmən, zanbaq, nərgiz, süsən, bənövşə, nəstərən, astra, xrizantema və b.

Nağılda Pənah baba xoş təsadüf nəticəsində lalə gülü ilə rastlaşır. Baba nəvəsinə xəbər berir ki, güllər, ağaclar da, otlar da, daşlar da, lap elə torpağın özü də danışır. Baba uşaqları gülləri sevməyə çağırır. Nağılı oxuyan uşaqlar lalə gülü haqqında maraqlı məlumatla tanış olurlar.

https://drive.google.com/file/d/1rs_afnXjZkDAzEjgZugGNq4Gadylo-3R/view?usp=sharing keçiddə uşaqlar nağılı oxuya bilər.