Könül Nurullayev seçicilərinin problemlərini həll etdi

Deputat Qərargahına həftə ərzində daxil olan 𝟒𝟗 müraciətə əsasən növbəti vətəndaş qəbulunu keçirdik. Qəbul zamanı 𝟏𝟏 vətəndaşla canlı və 𝟏 nəfərlə isə onlayn formatda görüşərək, onların şikayət və problemləri ilə yaxından maraqlandıq.

Qeyd edim ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında əlillik müavinətinin əsassız şəkildə kəsilməsi, bir valideynini itirmiş və digəri tərəfindən tərk edilmiş balaca qızın dövlət tərəfindən himayəyə götürülməsi, aztəminatlı ailələrin məişət problemləri və kredit mövzusunda vətəndaşın bankdan narazılığı ilə bağlı məsələlər başlıca yer almışdır. Bütün vətəndaşların müraciətləri qeydiyyata götürülmüş və ən yaxın zamanda aidiyyatı üzrə müvafıq qurumlara ünvanlanacaqdır.

Qəbulda iştirak etmək üçün aşağıdakı nömrələrlə əlaqə yaratmağınız xahiş olunur.

☎️ 012 422 22 41

📞 055 276 23 75

 

Könül Nurullayeva

Milli Məclisin deputatı