Kreml Türkiyənin İŞİD-dən neft almasını sübut etməkdən imtina etdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyəyə "İslam dövləti” (İŞİD) qruplaşması tərəfindən neft tədarükü barədə məlumatın hansı məqsədlə istifadə ediləcəyini şərh edərkən bəyan edib ki, bu məlumat Rusiya tərəfindən nəyi isə sübut etmək üçün yox, terrorizm ilə mübarizə üçün istifadə ediləcək.

Bu barədə Sabahinfo.az RİA Novosti-yə istinadən xəbər verir.

"Bu, şübhəsiz ki, yeni bəyanat deyil. Əsas olan informasiyaya sahib olmaq və onun nəyin isə sübut edilməsində deyil, terrorizm ilə mübarizədə istifadə edilməsindədir”, Peskov jurnalistlərə deyib.