Kuleba: “Putini taxıl sazişinə qayıtmağa razı sala biləcək yeganə şəxs Ərdoğandır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada Rusiya lideri Vladimir Putini taxıl müqaviləsinə qayıtmağa razı sala biləcək yeganə şəxsdir.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

O, bildirib ki, Ərdoğanın Moskva ilə Kiyev arasında balanslaşdırılmış münasibətləri var, ona görə də BMT-nin vasitəçiliyi ilə sazişi bərpa etmək üçün ən yaxşı şansa malikdir.