Lukaşenko Qərbin şərtlərini qəbul etdi

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o, Beynəlxalq valyuta Fondunun (BVF) təklif etdiyi iqtisadi islahatların həyata keçirilməsinə razıdır. Bu barədə "BBC” xəbər verir. 
 
Lukaşenko BVF Belarus missiyasının rəhbəri Piter Dolmano bəyan edib ki, o, BVF-in heç bir təklifinin rədd etmir və yaxın zamanlarda islahatlar keçirməyə söz verib. 
 
BVF missiyası Belarusda öz işinə bu ilin noyabrında başlayıb. 
 
Qeyd edək ki, daha əvvəl Belarus öz beynəlxalq rezervlərini doldurmaq məqsədilə BVF-dən 3 milyard dollar istəyib.