“Mənim müxalifətçiliyimin nə mənası var?” - Tahir Kərimli

“Qarabağ uğrunda şəhid, qazi olan əsgərlərimizin qarşısında baş əyirəm. Hər kəsi 18 oktyabr Müstəqillik Günü münasibətilə təbrik edirəm”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 17 oktyabr tarixli iclasında Tahir Kərimli deyib.

“Bu böyük problemimizi - Qarabağ məsələmizi həll etmişiksə, mənim və partiyamın müxalifətçiliyinin nə mənası var? Belə anda biz prezidentimizin yanında olmalıyıq, nəinki qarşısında".

T.Kərimli müxalifət partiyalarına müraciət edərək, onları sevgiyə səsləyib: "Müxalifət, bu nə haqq-hesabdır sizdə? Mən sizi sevgiyə çağırıram. Gəlin, bu aqressiyanı kənara qoyaq”.