Mərmər bağacığı Azərbaycanda ciddi təhlükə mənbəyinə çevrilib - Deputat

Qəhvəyi mərmər bağacığı  böcəyi artıq ölkədə ciddi təhlükə mənbəyinə çevrilib.

Sabahinfo.az xəbər verir ki, bunu deputat Asif Əsgərov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, qəhvəyi mərmər bağacığı böcəyinin geniş yayılması nəticəsində ölkədə kəndə təsərrüfatında məhsuldarlığın azalması, keyfiyyətin pisləşməsi  və ixracı istiqamətində ciddi problem yaranıb. “Qəhvəyi mərmər bağacığı təkcə kənd təsərrüfatına deyil,  ekologiyaya, insan sağlamlığına da ciddi təhlükə mənəyi yaratmaqdadır. Düzdür, Kənd Təsərrüfatı Nazirliyi, Təbii Sərvətlər və Ekologiya və digər müvafiq təşkilatlar bu istiqamətdə müəyyən tədbirlər görsə də,  qəhvəyi mərmər bağacığı böcəyinə qarşı mübarizə istənilən nəticəni vermir. Qəhvəyi mərmər bağacığı böcəyinə qarşı davamlı mövsümi deyil, davamlı  aparılmalıdır. Əks təqdirdə bu vəziyyət ölkədə daha ciddi problemlərə yol açacaq”, - deputat qeyd edib.