2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində görüşlərimiz davam edir.
Lürən, Pircana, Yusifli kəndlərinin seçiciləri ilə görüş bu gün Lürən kənd bələdiyyə binasının həyətində baş tutdu.
Çıxışım zamanı qeyd etdim ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən çətin günlərində sınaqlardan uğurla çıxıb, partiyanın qurucusu Ümummilli lider Heydər Əliyev zamanında Azərbaycanı parçalanmaqdan qoruyub. Bu gün də Ulu öndərin siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə YAP Azərbaycanın inkişafına xidmət edən məqsədyönlü addımlar atır. Son 30 ildə əldə olunan uğurlar göz qabağındadır. Bütün sahələrin inkişafı təmin edilib. Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub.
Bütün seçiciləri seçkilərdə fəal iştirak etməyə çağıraraq, deputat seçiləcəyi təqdirdə seçiciləri ilə görüşlərin davam edəcəyini, səlahiyyətlərim çərçivəsində problemlərinin həllinə çalışacağımı bildirdim.