Bu gün Milli Məclisin inzibati binasında Yunanıstanın Afina şəhərində keçirilən kiçik yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyində yüksək nəticə əldə etmiş Yasamal rayon sakinləri olan idmançılarla və Vətən müharibəsi qazisi İlkin Ağayevlə görüş keçirilib.
Görüş zamanı qazi İlkin Ağayevin müraciəti operativ şəkildə araşdırılaraq həll edilib. Tədbirdə Avropa birinciliyində fərqlənərək ölkəmizi layiqincə təmsil edən gənc idmançılar, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri təbrik olunub.
İdmançılara hədiyyələr təqdim edilib və onların qarşıdakı beynəlxalq yarışlarda daha böyük nailiyyətlər qazanacaqlarına inam ifadə olunub.