Milli Məclisin deputatı Bəxtiyar Əliyev Ağdamda seçiciləri ilə görüşüb

06 dekabr 2025-ci il tarixdə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Ağdam rayonunun Quzanlı qəsəbəsində seçiciləri ilə görüşüb. Görüşdə iştirak edən vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı qeyd olunub.