Müśfiq Məmmədli qəbul keçirdi - FOTOLAR

Siyəzən rayonunun Sədan kəndində vətəndaşlarla görüş keçirdik, tibb işçilərinin fəaliyyət şəraiti ilə yerində tanış olduq. Görüş zamanı tibb işçilərinin qaldırdığı məsələlər və onların fəaliyyətinin daha da səmərəli təşkili üçün görülməsi zəruri olan tədbirlər müzakirə edilmişdir.

Kənd sakinləri ilə keçirilən görüşdə kənd təsərrüfatı mövsümünün ən intensiv dövründə həyata keçirilən işlərə dair yerində məlumat əldə edilmiş, xüsusilə heyvandarlıq sahəsində fəaliyyət göstərən vətəndaşların məşğul olduğu ot biçini prosesi izlənilmişdir. Vətəndaşlarla sahə şəraitində aparılan müzakirələr zamanı onların mövcud vəziyyət, ehtiyaclar və gələcək inkişaf imkanları ilə bağlı fikirləri dinlənilmiş, müvafiq təkliflər qeydə alınmışdır.

Sədan kəndi sakinlərinə göstərdikləri səmimiyyət və fəallıqlarına görə təşəkkür edir, onların qaldırdıqları məsələlərin diqqətdə saxlanılacağını bildiririk.

Müşfiq Məmmədli
Milli Məclisin deputatı