Müşfiq Məmmədli Xızı rayonunda bir qrup gənclə görüşüb

Milli Məclisin deputatı Müşfiq Məmmədli Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının təşkilatçılığı ilə Xızı rayonunda bir qrup gənclə görüşüb. 

Bu barədə deputat açıqlama verib.

M.Məmmədli bildirdi ki, ilk olaraq rayon gənclərini bu əlamətdar bayram günü münasibəti ilə təbrik edərək Gənclər Günü barədə Ulu Öndər Heydər Əliyevin tarixi Sərəncamının əhəmiyyəti və bu sahədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərlə bağlı geniş məlumat verildi.

"Gənclər Ölkə Prezidentinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduqlarını, bundan sonra da dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəklərini, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini əminliklə bildirdilər.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açaraq, dövlət gənclər siyasəti sayəsində əldə edilmiş nailiyyətlər haqda danışıldı", deputat qeyd etdi.