NATO Türkiyə üçün toplandı

Xəbər verdiyimiz kimi, NATO Rusiyaya məxsus qırıcı təyyarənin Türkiyə səmasında vurulması ilə bağlı fövqəladə toplantı keçirmək qərarına gəlib.

Sabahinfo.az Gazeta.ru-ya istinadən xəbər verir ki, artıq Brüsseldə həmin toplantıya start verilib.

Türkiyənin tələbi ilə baş tutan iclasa NATO baş katibi və üzv ölkə nümayəndələri qatılırlar.

Xatırladaq ki, bu gün səhər Rusiyanın Suriyadakı "Su-24” döyüş təyyarəsi Türkiyənin 10 dəfə xəbərdarlığından sonra vurulub. Rusiya prüzidenti Vladimir Putin isə Türkiyənin bu addımını "arxadan vurulan zərbə” adlandırıb. Bu hadisə 2 ölkə arasında gərginliyə səbəb olub.