Naxçıvanın daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib 

Bu gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin kollektivi ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər qoyub.

Daimi Nümayəndəliyin kollektivi əməkdar elm xadimi, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə tər güllər düzüb, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.