Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidə aparılan danışıqlardan məmnunluğunu ifadə edib.
Sabahinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, Ermənistan lideri Əbu-Dabidəki görüşün müsbət nəticələrə gətirib çıxara biləcəyini bildirib.
BƏƏ prezidentinə göstərdiyi dəstəyə, yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edən Paşinyan deyib ki, Əbu-Dabidəki danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər.
O, indi bu barədə danışmağın düzgün olmadığını, müsbət nəticələr olarsa, hamının bunu görəcəyini vurğulayıb və əlavə edib ki, tərəflərin müsbət yanaşdığı bir neçə belə fikir var
“Ümid edirəm ki, bu formatda danışıqlarımızı Əbu Dabidə və ya başqa bir yerdə davam etdirəcəyik”, - o qeyd edib.